MARAQLI| Rusiya qüvvələri Ukraynaya məxsus PUA-ları hədəfə almaq üçün uçan alov silahından istifadə edəcək?

2024/11/2024--1732523870.jpg
Oxunub: 674     16:36     25 Noyabr 2024    
Rusiya qüvvələri Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatlarını (PUA) hədəfə almaq üçün uçan alov silahını sınaqdan keçirirlər.

Rusiya bölmələri Ukraynanın FPV tipli PUA-larına qarşı istifadə üçün nəzərdə tutulmuş alov silahı daşıyan PUA-ları sınaqdan keçirməyə başlayıblar.

Bu kontekstdə noyabrın 14-də Rusiyanın “Telegram” kanalları yandırıcı qarışıqla təchiz edilmiş və havaya qaldırıldıqda güclü alovlar saçan PUA-ların görüntülərini dərc edib. “Defence News”un məlumatına görə, bu taktika hərəkət edən hədəflərə qarşı təsirsiz olacaq.

ABŞ-nin Avropa Siyasət Təhlili Mərkəzindən araşdırmaçı Federiko Borsari video ilə bağlı bildirib: “Görünür, bu, ehtimal ki, bir və ya iki funt ağırlığında, yandırıcı maddə ilə dolu kiçik bir çəni daşıyan ticari kvadrokopter tipli PUA-dır. Bu maddəni aşağıya doğru çiləyərək, iki-üç metr təsirli məsafədə alov püskürən effekt yarada bilər”.

Mütəxəssislər bildirirlər ki, platforma xüsusi olaraq düşmənin PUA-larını hədəf almaq üçün hazırlanıb.

Rusiyanın bu əks-tədbiri Ukrayna ordusunun FPV tipli PUA-lardan termitləri düşmən qoşunları və təchizatından şübhəli hesab edilən meşəlik ərazilərə səpməsinə cavab olaraq hazırlanmış ola bilər. Bənzər şəkildə sentyabrın əvvəlində Ukraynanın alov atan PUA-larının ilk görüntüləri ortaya çıxanda, analitiklər belə sistemlərin düşmənin yerlərini aşkar etmək üçün təkcə ucuz alternativ deyil, həm də psixoloji alətlər olduğunu bildiriblər.

Ancaq bəzi analitiklər alov qurğularının effektivliyinə şübhə ilə yanaşırlar, çünki alov axınını termit atan, həddindən artıq sürətlə hərəkət edən Ukrayna PUA-larına doğru dəqiq şəkildə yönəltmək çətin olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin